Məhdəviyyət mövzuları 44 | Şiə məzhəbində intizar sözünün mənası (3-cü hissə)

Hövzə | İntizar, bütün xüsusiyyətləri ilə ilahi dəyərlərə əsaslanan ideal bir cəmiyyətin bərqərar olacağı gələcəyə ümid və hazırlıq ruhu ilə göz dikməkdir ki, onun kamil və həqiqi təcəssümü Allahın son höccətinin hakimiyyəti dövründə gerçəkləşəcəkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları silsiləsi İmam Zaman (ə.f) haqqında maarif və təlimlərinin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.

Əvvəlki bölümdə qeyd olunduğu kimi, intizar barədə nəql olunan rəvayətlər ümumilikdə iki əsas qismə bölünür.

Bu silsilənin ikinci qismi “xüsusi mənada intizar” mövzusuna həsr olunmuşdur. 
Aşağıda həmin mövzuya dair nöqtələrə işarə olunacaqdır.

İntizarın xüsusi mənası 

Bu mənada intizar, bütün xüsusiyyətləri ilə ilahi dəyərlərə əsaslanan bir cəmiyyətin gerçəkləşəcəyi gələcəyə ümid və hazırlıq ruhunda göz dikmək deməkdir. Bu isə cəmiyyətin kamil və yeganə nümunəsi, eyni zamanda Allahın son ilahi höccəti olan İmam Zamanın (ə.f) ədalətli hakimiyyəti dövrüdür.

Məsumların (ə) bu mövzu ilə bağlı buyurduqları bəzi kəlamlar aşağıdakılardır:

İmam Baqir (ə) Allah tərəfindən göndərilən İslam dinini izah edərkən bir sıra xüsusiyyətləri sadaladıqdan sonra belə buyurur:

«...وَالتَّسْلِیمُ لِاَمْرِنا وَالوَرَعُ وَالتَّواضُعُ وَاِنتِظارُ قائِمِنا...» (کافی، ج ۲، ص ۲۳)
“...Bizim əmrimizə təslim olmaq, təqva sahibi olmaq, təvazökarlıq göstərmək və Qaimimizin (İmam Zamanın) intizarını çəkmək...” (“Əl-Kafi”, c. 2, s. 23)

İmam Sadiq (əleyhissəlam) isə belə buyurur:

«عَلَیْکُمْ بِالتَّسْلیمِ وَالرَّدِّ اِلینا وَاِنْتظارِ اَمْرِنا وَامْرِکُمْ وَفَرَجِنا وَفَرَجِکُم.» (رجال کشی، ص ۱۳۸)

“Sizə vacibdir ki, bizə tabe olasınız, eyni zamanda işləri bizə həvalə edəsiniz. Bununla yanaşı fərəcin (İmam Zamanın) intizarında olasınız.” (Ricali-Kəşşi, s. 138)

İmam Məhdinin (ə.f) zühuru ilə bağlı rəvayətlərdən belə nəticə əldə olunur ki, zühur yalnız vəd olunmuş dini bir cəmiyyətin formalaşması üçün bir vasitəsi deyil, həm də öz-özlüyündə mənəvi dəyər və müstəqil bir məqam daşıyır. Yəni səmimi və həqiqi intizarda olan bir şəxs üçün onun gözlədiyi nəticəyə çatıb-çatmamış olması mahiyyət etibarilə əsas fərq təşkil etmir.

Bu barədə İmam Sadiqdən (ə) belə soruşulur:

«مَا تَقُولُ فِیمَنْ مَاتَ عَلَی هَذَا اَلْأَمْرِ مُنْتَظِراً لَهُ؟»

İntizar halında olan şəxs əgər ölərsə bu barədə nə buyurursunuz?

İmam Sadiq (ə) cavabında buyurur:

«هُوَ بِمَنزِلَةِ مَنْ کانَ مَعَ القائِمِ فِی فُسطاطِهِ». ثُمَ سَکَتَ هَنیئةً، ثُمَ قالَ: «هُوَ کَمَنْ کانَ مَعَ رُسولِ اللّه.» (بحارالانوار، ج ۵۲، ص ۱۲۵)

“O, Qaimin (İmam Zamanın ə.f) xeyməsində onunla birlikdə olan şəxs kimidir.” Daha sonra bir qədər sükut etdikdən sonra əlavə edir: “O, Allah Rəsulu (s) ilə birlikdə olan şəxs kimidir.”
(Biharül-ənvar, c. 52, s. 125)

Bu mövzu davam edir...


Mənbə: Məhdəviyyət dərsliyi kitabı, müəyyən dəyişikliklərlə

Kitabın müəllifi: Xudamurad Süleyman

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha